Milli Məclisin deputatları Şimali Kiprə səfər edəcəklər

post-img

Milli Məclisin Azərbaycan-Şimali Kipr Türk Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavanşir Feyziyev, qrupun üzvü Azər Allahverənov və deputat Elçin Mirzəbəyli noyabrın 14-də Şimali Kipr Türk Respublikasının Lefkoşa şəhərinə səfər edəcəklər.

XQ xəbər verir ki, səfər çərçivəsində millət vəkilləri Şimali Kipr Türk Respublikasının yaranmasının 42-ci ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcəklər.

Səfər noyabrın 17-də başa çatacaq.

Siyasət