Azərbaycanın xarici işlər naziri Macarıstana işgüzar səfərə gedib

post-img

Dekabrın 10-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində dekabrın 11-də Azərbaycan-Macarıstan Strateji Dialoqunun üçüncü iclasının keçirilməsi nəzərdə tutulub.

Həmçinin Ceyhun Bayramovun Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşləri planlaşdırılıb.

Siyasət