Azərbaycan Prezidenti İlham Əliyev Avstraliya İttifaqının General-Qubernatoru xanım Samanta Mostinə bu ölkənin milli bayramı münasibətilə məktub ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, General-Qubernatora və Avstraliya xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı qeyd edib: “İnanıram ki, Azərbaycan ilə Avstraliya arasında münasibətlərin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq ruhunda inkişafı, qarşılıqlı faydalı əməkdaşlığımızın davam etdirilməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik”.
Prezident İlham Əliyev Samanta Mostinə cansağlığı, işlərində uğurlar, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.

