İƏT Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimi keçirilir

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) üzvü olan dövlətlərin Parlament İttifaqı Konfransının 20-ci Sessiyasının rəsmi açılış mərasimi keçirilir.

XQ xəbər verir ki, əvvəlcə Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycan Prezidenti İlham Əliyevin Sessiya iştirakçılarına müraciətini səsləndirib.

Qeyd edək ki, tədbirdə gündəlikdə yer alan məsələlər ətrafında fikir mübadiləsi aparılacaq. Sessiyada İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində parlamentlərarası əməkdaşlığın daha da möhkəmləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi nəzərdə tutulur.

Tədbirdə 400-dən artıq nümayəndə iştirak edir.

Siyasət