Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa dəstək layihəsi” çərçivəsində iştirakçıların seçdikləri istehsal və xidmət sahələri üzrə avadanlıqlarla təminatı intensiv şəkildə davam edir.
Layihə çərçivəsində ölkəmizin müxtəlif bölgələrində daha 250-dək işsiz şəxsə biznes planlarına uyğun vəsait təqdim olunub.
Dəstəyin məqsədi işsiz kimi qeydiyyatda olan şəhid ailəsi üzvləri, əlilliyi olan şəxslər, keçmiş məcburi köçkünlər, ünvanlı dövlət sosial yardımı alanlar, qadınlar, gənclər və həssas qruplardan olan digər şəxslərin özünüməşğulluq üzrə kiçik biznesə və layiqli məşğulluğuna çıxışına şərait yaradılmasıdır.
Ümumilikdə, 2025-ci ilə qədər davam edəcək layihə çərçivəsində 22 min işsiz şəxsin kiçik biznesə çıxışına imkan yaradılması nəzərdə tutulub.
Zərifə HÜSEYNOVA
XQ

