Xəstəlik sənədi də elektronlaşdırıldı

post-img

Mayın 1-dən sığortaolunanlar üçün xəstəlik sənədləri tibb müəssisələrində elektron formada hazırlanaraq, işəgötürənə və Dövlət Sosial Müdafiə Fonduna (DSMF) e-qaydada göndəriləcək.

DSMF bu e-sənəd əsasında işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə və hamiləliyə, doğuma görə müavinətlər təyin edəcək. İşəgötürənlər e-bülletenləri nazirliyin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə bilərlər.

Bu innovativ yenilik işçiyə müvafiq müavinətlər təyinatı və ödənişi üzrə xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına yönəlib.

Zərifə BƏŞİRQIZI
XQ

 

Sosial həyat