Çətənə kolları aşkarlanaraq məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 30-da ümumi çəkisi 24 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 3 kiloqrama yaxın heroin, 19 kiloqramdan artıq marixuana, 2 kiloqrama yaxın metamfetamindən ibarət olub.

Yabanı halda bitmiş 3206 ədəd çətənə kolu polis əməkdaşları tərəfindən aşkar olunaraq məhv edilib.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat