Səyyar “ASAN xidmət” Daşkəsəndə

post-img

Səyyar “ASAN xidmət” avtobusu dünən Daşkəsən rayon Heydər Əliyev Mərkəzinin qarşısında fəaliyyətə başlayıb. Vətəndaşlara həftənin 5 iş günü xidmət göstəriləcək.

Xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, daşınmaz əmlakla bağlı əməliyyatların qeydiyyatı, bank xidməti (dövlət rüsumlarının və xidmət haqlarının qəbulu), tibb xidməti (qan qrupu, boy və göz rənginin təyini üçün) və s. daxildir.

İyunun 25-nə kimi səyyar “ASAN xidmət”dən Daşkəsən rayon sakinləri ilə yanaşı, rayona səfər edənlər də faydalana bilərlər.

XQ

Sosial həyat