İsmayıllıda zəlzələ olub

post-img

İyulun 12-də saat 07.18-də İsmayıllıda zəlzələ baş verib.

Məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, Piriqulu stansiyasından 10 km qərbdə, İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 4, episentrə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.

Sosial həyat