Göyçayda qadın itkin düşüb

post-img

Göyçay rayon sakini, 2002-ci il təvəllüdlü Fatimə Mehdiyeva iyunun 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Məlumatı DİN mətbuat xidməti yayıb. 

Sonuncu dəfə onun əynində qara rəngli don və ayaqqabı olub. 

Qadının əlamətləri: boyu 165 sm, gözlərinin rəngi qəhvəyidir.

F.Mehdiyevanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti - Zəng Mərkəzinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinin (020)274-04-91  şəhər və 050-502-34-56 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

P.ƏMİRCANOV
XQ

Sosial həyat