Tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizlə bağlı ötən dövrdə aparılan kompleks reabilitasiya işləri artıq onlardan bir çoxunun sağlamlığının bərpasına imkan verib.
Postmüharibə dövrünün ilk günlərindən onlar son illər müasir tələblərə uyğun qurularaq təchiz edilmiş reabilitasiya müəssisələrində davamlı bərpa müalicəsi kurslarına cəlb olunublar.
Bu sahədə peşəkar həkim komandasının səyləri səfərbər olunub, yeni və effektiv reabilitasiya metodlarından, son texnoloji yeniliklərdən istifadə edilib.
Son vaxtlar reabilitasiya kurslarını başa vuran qazilərimizlə bağlı aparılan həkim müayinələri onlardan mühüm bir hissəsinin davamlı müalicə işləri nəticəsində artıq sağlamlıqlarına qovuşduqlarını, əlilliklərini geridə qoyduqlarını göstərir.
Eyni zamanda, müharibədən sonra ötüb keçən zaman da onların yaralarının tədricən sağalmasına öz təsirini göstərib.
Vaxtilə əlillik vəziyyətində olsalar da bir çox qazilərimizin artıq yenidən əvvəlki gümrahlıqlarına, güclərinə sahib olduqlarını görmək hər birimiz üçün fərəhli mənzərədir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı videoçarx da bu mövzudadır: