Əqli Mülkiyyət Agentliyi: Hər kəs “Açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola bilər

post-img

Əqli Mülkiyyət Agentliyində ixtiralar, faydalı modellər, sənaye nümunələri, əmtəə nişanları və coğrafi göstəricilərə dair məlumatlılığın artırılması üçün “Açıq reyestrlər” yaradılıb.

Bu barədə Əqli Mülkiyyət Agentliyində milli mətbuatın 150 illiyi münasibətilə media nümayəndələri ilə keçirilən görüşdə bildirilib. Diqqətə çatdırılıb ki, hər kəs “Açıq reyestrlər”ə maneəsiz və ödəniş etmədən daxil ola, o cümlədən patent almaq istəyən və ya əmtəə nişanını qeydiyyatdan keçirmək istəyən şəxs patentlər və əmtəə nişanları barədə məlumatları əldə edə bilər.

Sosial həyat