Avqustun 14-də Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə Naxçıvan Baş Gömrük İdarəsində görüş keçirilib.
Görüşdə Baş İdarədə xidmətin təşkili ilə bağlı müzakirələr aparılıb, gömrük işinin səmərəliliyinin artırılması, xidmət keyfiyyətinin yüksəldilməsi, gömrük-biznes münasibətlərində etimadın gücləndirilməsi, könüllü riayət prinsipinin təşviqi istiqamətində görülən işlər barədə məlumat verilib.
Həmçinin görüş zamanı xidmətlərin əlçatanlığının artırılması, sərhədkeçmə və rəsmiləşdirilmə proseslərinin, xüsusilə tranzit əməliyyatlarının asan və sürətli şəkildə həyata keçirilməsi ilə bağlı tapşırıq və tövsiyələr verilib.
Sonda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmrləri ilə təltif olunmuş Naxçıvan Baş Gömrük İdarəsinin xidmətdə fərqlənən bir qrup əməkdaşına təltiflər və fəxri fərmanlar təqdim edilib.