Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tabeliyində olan Uşaq və Ailələrə Dəstək Mərkəzlərində (UADM) aşağıdakı vakant vəzifələr üzrə işə qəbul müsabiqəsi elan edir.
Baş mühasib – Şüvəlan UADM, Saatlı UADM, Qəbələ UADM, Göygöl UADM, Ağdam UADM.
· Baş mühasib vəzifəsi üçün müvafiq sahə üzrə ali təhsil, peşəkar mühasib sertifikatı (İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - II səviyyə PMS) tələb olunur.
· Qeyd edilən vəzifələr üzrə işə qəbul olmaq istəyən şəxslər şəxsi məlumat anketini (CV) 15 sentyabr 2025-ci il tarixinə qədər [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Müraciət edərkən “mövzu” bölməsində iddia edilən vəzifənin adı və rayon mütləq qeyd olunmalıdır. Şəxsi anket məlumatları (CV) Azərbaycan dilində tərtib edilməlidir.
Yalnız müvafiq tələblərə uyğun gələn namizədlərlə əlaqə saxlanılacaqdır.