200-dən çox sahibkarın iştirakı ilə görüşlər

post-img

Görüşlərdə sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb, sualları cavablandırılıb

Avqust ayı ərzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə aqroturizmdən ISO standartlarına, sənayedən rəqəmsal biznesə qədər müxtəlif istiqamətlərdə sahibkarlarla görüşlər keçirilib. Qadın sahibkarlığı, gənclərin biznes fəaliyyətinə təşviqi, bağçılıq, heyvandarlıq, pambıqçılıq və idxal-ixrac əməliyyatları da biznes subyektləri ilə müzakirə edilən mövzular sırasındadır.  

KOBİA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-yə  verilən məlumata görə, görüşlər həm onlayn, həm də oflayn formatlarda Bakı, Sumqayıt, Naxçıvan şəhərlərində, Biləsuvar, Masallı, Qəbələ, Ağcabədi, Ağstafa, Xaçmaz və İsmayıllı rayonlarında təşkil edilib. Sahibkarların müraciət və təklifləri dinlənilib, dövlət dəstəyi alətləri barədə məlumat verilib, çətinliklərinin həlli aidiyyəti qurumlarla birgə müzakirə edilib. Həmçinin, sahibkarlıq sahəsində yeniliklər və qanunvericiliyin tələbləri biznes subyektlərinin diqqətinə çatdırılıb. 

Müşfiq MİRZƏ
XQ



Sosial həyat