Bu ilin yanvar-avqust aylarında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 33 yeni domen verilib.
Dövlət Xidmətindən XQ-yə verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 38 faiz azdır.
Hesabat dövründə dövlət qurumlarının istifadəsinə əlavə olaraq 177 yeni subdomen də təqdim olunub ki, bu da 1 il əvvələ nisbətən 25 faiz azdır.
Məlumata görə, 2024-cü ildə dövlət qurumları ümumilikdə 64 yeni domen və 367 yeni subdomen alıb.