“Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət Miqrasiya Xidmətinin əməkdaşları arasında mini futbol turniri təşkil edilib.
Dairəvi sistem üzrə keçirilən yarışda “Dostluq” və “Zəfər” komandaları finala yüksələrək üz-üzə gəlib. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan oyunun qalibi “Dostluq” komandası olub.
DMX-nin Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə təşkil olunan yarışın sonunda qalib komandanın üzvləri Dövlət Miqrasiya Xidmətinin rəis müavini, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Elman Əliyev tərəfindən kubok və diplomlarla təltif olunublar.
N.Adilqızı
XQ