Mədəniyyət naziri Adil Kərimli Xızı şəhərində vətəndaşları qəbul edib

post-img

Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli oktyabrın 31-də Xızı şəhərində vətəndaşları qəbul edib.

XQ xəbər verir ki, qəbuldan əvvəl nazir və Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov Ümummilli Lider Heydər Əliyevin Xızı şəhərində ucaldılmış abidəsi önünə çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad ediblər.

Xızı rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda nazir Sumqayıt şəhəri, Xızı, Abşeron, Qubadlı və Zəngilan rayonlarından olan vətəndaşların müraciətlərini dinləyib.

Vətəndaşlar, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı müraciətlərini diqqətə çatdırıblar.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyərək vurğulanan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını qeyd edib.

Qəbulda iştirak edən şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.











Sosial həyat