Şəhidlərə ehtiram vətənə sevginin zirvəsidir

post-img

İşğaldan azad edilmiş Zəngilan rayonunun Yuxarı Yeməzli kəndində şəhidlərin xatirəsi əbədiləşdirilib

Ermənistan Respublikası ilə sərhəddə yerləşən Zəngilan rayonu tarixən uzun illər separatçı süşmən qüvvələrinin münaqişə ocağı olub və zaman –zaman torpaqları işğal edilib, dağıdılıb, soydaşlarımız işgəncələrə məruz qalıb, tarixi yurd yerlərimiz dağıdılıb. Rayonun sərhəddə olan sonuncu kəndi Yuxarı Yeməzli də dəfələrlə düşmənin hərbi təcavüzlərinə məruz qalıb. 1988-ci ildən başlayaraq açıq təcavüzlərlə qarşılaşan kənd igid oğullarının rəşadəti sayəsində 1993-cü ilin oktyabrın 29-na qədər qorunsa da xeyli itkilərlə üzləşdi, kənd tamamilə dağıdıldı. Torpaqlarımızın  qorunması üçün düşmən gülləsinə  sipər olan igidlərin sayı-hesabı yox idi. Yaşından və cinsindən asılı olmayaraq əli silah tutan hər kəs torpağın müdafiəsi yolunda rəşadətini göstərirdi. Həmin vaxtlar dəfələrlə olduğum cəbhə bölgələrində yerləşən bütün kəndlərimizin sakinləri kimi Yuxarı Yeməzlinin camaatı da qorxunun nə olduğunu bilmədən düşmənə sarsıdıcı zərbəsi ilə seçilirdi. Hətta həmin illərdə düşmənin təcavüzkar qanunsuz hərbi birləşmələrinin  bizimkilərdən hərbi texnika və şəxsi heyət sarıdan  dəfələrlə çoxluq təşkil etməyinə baxmayaraq daim uduzaraq bir addım belə irəliləyə bilimirdi. Əsir və girovların dəyişdirilməsi üçün kəndin igid oğulları əfsanəvi qəhrəmanlığı ilə seçilirdi. Könüllü döyüşçü, torpaqlarımızın qorunması üçün dəfərlə ağır döyüşlərdə iştirak edən müharibə veteranı Azər Hüseynovun kənd ilə üzbəüz yerləşən  Zəngəzur mahalının Qafan rayonunun ərazisindən götürdüyü əsir belə ağır məqamda düşməni susdurmaqda camaatın dadına çatırdı. Bir sözlə, kəndin qəhrəman oğulları daim rəşadəti ilə tanınırdı.

Loğman kimi şəfası ilə seçilən kənd sakini, ağır döyüşlərdə iştirak edən müharibə veteranı, qəhrəman şəhid Xaliq Mustafayevin qardaşı Məhərrəm Mustafayevin ideya müəllifi və maddi dəstəyi ilə şəhidlərin uca xatirəsinin əbədiləşdirilməsi üçün hazırlanan lövhənin düşməndən azad edilmiş kəndə gedən yolda yerli sakinlərin iştirakı ilə quraşdırılması mərasimi təntənəli şəkildə keçirildi. 

Azərbaycanın və qardaş Türkiyə Cümhuriyyətinin dövlət bayrağı açılan löfhədə kəndin 5 igid şəhidinin xatirəsi əbədiləşdirilib. Açılış mərasimində qeyd olundu ki, burada şəhid kənd sakinlərinin ümumi xatirəsi əbədiləşdirilib. Mustafayev Xaliq Seyidəli oğlu Füzuli rayonunda, Qurbanov İlyas Məmmədqulu oğlu rayon ərazisində qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb, İsmayılov İsmayıl Barat oğlu və Allahverdiyev Elxan Kamil oğlu döyüşlərdə itkin düşüb və sonradan məhkəmənin qərarı ilə şəhid elan edilib, Qurbanov Ənvər Bayrış oğlu isə keşmiş SSRİ dövründə həqiqi xidmət etdiyi vaxt Almanıyada hərbi təlimdə şəhid olub. 

Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi və ordumuzun rəşadəti ilə torpaqlarımız azad olunduğundan yerindən və vaxtında asılı olmayaraq şəhidlərə əbədi ehtiram əlaməti olaraq ucaldılan xatirə kompleksinin ətrafı abadlaşdırılıb, hər bir şəhidin xatirəsi üçün 5 ədəd şam, Xan çinar, gül-çiçək və müxtəlif kollar əkilib, ərazidə bitən qaratikan və meyvə ağacları budanmaqla 5 gövdəsi saxlanılıb. Əbədi şəhidlərimizə bir məkanda böyük ehtimad göstərəcəklər.

Mikayıl NƏRİMANOĞLU,

XQ

Zəngilan rayonu



Sosial həyat