Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

post-img

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

XQ Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

3. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

5. Babək prospekti, mərkəz istiqamətində;

6. Bakıxanov küçəsi, İnşaatçılar prospekti ilə kəsişmədən "Dədə Qorqud" parkı istiqamətində;

7. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

8. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nömrəli məktəb-lisey istiqamətində sıxlıq müşahidə olunur.

Sosial həyat