Ötən il Azərbaycanda 149 uşaq övladlığa verilib

post-img

Sosial Xidmətlər Agentliyindən aldığımız məlumata görə, ötən il Azərbaycanda valideyn himayəsindən məhrum olmuş 149 uşaq övladlığa verilib. Həmin müddətdə 40 uşaq isə himayədar ailələrə yerləşdirilib.

Qeyd edək ki, valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsinin və himayədar ailələrə yerləşdirilməsinin təşviqi məqsədilə işlər davam etdirilir. Həyata keçirilən tədbirlər müvafiq mexanizmlərin davamlı olaraq təkmilləşdirilməsinə, əhatə dairəsinin genişləndirilməsinə, həmçinin uşaqların institusional qayğıdan ailə əsaslı qayğıya keçidinin təmin edilməsinə, onların sağlam inkişafı və cəmiyyətə uğurlu inteqrasiyası üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.

Sosial həyat