Birgə maliyyələşmə proqramı üzrə 4800-ə yaxın şəxs işlə təmin edilib

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin icra etdiyi önəmli məşğulluq proqramlarından biri də “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramıdır.

Bu proqram çərçivəsində 2025-ci ildə 468 işəgötürənlə əməkdaşlıq əsasında daha 1763 şəxs işlə təmin olunub. İşlə təmin olunmuş şəxslərin hər biri ilə əmək müqaviləsi bağlanıb.

2021-ci ildə icrasına başlanan birgə maliyyələşmə proqramı üzrə məşğulluğu təmin edilmiş şəxslərin 1 il ərzində əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.

Ümumilikdə qeyd edilən proqram çərçivəsində 4800-ə yaxın şəxs işlə təmin olunub.

XQ

Sosial həyat