Yanvarın 13-də Lənkəran Elektrik Şəbəkəsinin (EŞ) ərazisində bir sıra 10 kV-luq hava xətlərində təmir işləri aparılacaq.
XQ xəbər verir ki, bununla əlaqədar olaraq saat 10:00-dan saat 13:00-dək şəhər ərazisində "Raypo", "Gilan Holdinq" Yaşayış Kompleksləri, Anar Mahmudov, Məhəmməd Əmin Rəsulzadə, Paşa Təhməzov, Vağzal, Şəhidlər Xiyabanı küçələri, saat 13:00-dan 16:30-dək Ləvəngi Dairəsi, Su 8 ərazisi, Şəhidlər Xiyabanı prospektinin bir hissəsi və Girdəni kəndində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Həmçinin Maştağa Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir və yenidənqurma işləri həyata keçiriləcək. Saat 10:30-dan 12:30-dək Maştağa qəsəbəsi, Savalan yaşayış ərazisinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Təmir və yenidənqurma işləri başa çatdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

