İranla ticarət əlaqələrini davam etdirən ölkələr ABŞ ilə ticarət edərkən əlavə 25 faiz gömrük rüsumu ödəməli olacaqlar. Bu barədə ABŞ Prezidenti Donald Tramp Truth Social sosial şəbəkəsindəki səhifəsində yazıb.
Məlumatı “Anadolu” verib.
Tramp yazıb: “Bu qərar İran İslam Respublikası ilə iş görən istənilən ölkəyə qarşı dərhal qüvvəyə minəcək və Amerika Birləşmiş Ştatları ilə bütün əməliyyatlara 25 faizlik tarif ödəyəcək”.
Ağ Ev rəhbəri qərarın dərhal qüvvəyə minəcəyini vurğulayıb. Prezident qeyd edib ki, qərar “qəti və geri dönməzdir”.
P.ƏMİRCANOV
XQ

