Federiksen: Danimarka ABŞ qarşısında geri çəkilməyəcək

post-img

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı son açıqlamasından sonra Danimarka və ABŞ arasındakı münasibətlər kəsişmə nöqtəsindədir. Bunu Danimarkanın Baş naziri Mette Frederiksen bəyan edib. 

Məlumatı “Anadolu” yayıb. 

Frederiksen deyib: “Bu məsələlərə zahirən göründüyündən daha fundamental yanaşmaq lazımdır. Biz yol ayrıcındayıq. Bu, taleyüklü bir andır”.

ABŞ-ın Qrenlandiyaya qarşı hərbi müdaxilə edəcəyi təqdirdə Danimarkanın fəaliyyət planının olub-olmadığı barədə baş nazir təhlükənin ilk baxışdan göründüyündən daha böyük olduğunu vurğulayıb: “Müttəfiqlərindən birini təhdid etməklə, ABŞ Qərb ittifaqına və NATO əməkdaşlığına arxa çevirir. Bu, ABŞ tərəfindən əvvəllər heç vaxt yaşamadığımız bir vəziyyətdir. Əgər bu, baş verərsə, hər şey dayanacaq”. 

ABŞ və Danimarka rəsmiləri arasında Qrenlandiya ilə bağlı qarşıdakı görüşü şərh edən Frederiksen, Kopenhagenin öz mövqeyini müdafiə etmək üçün əlindən gələni etməyə hazır olduğunu bildirib. O, Danimarkanın “geri çəkilməyəcəyini” qeyd edib.

P.ƏMİRCANOV
XQ

Dünya