Babək prospektinin bir hissəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

post-img

Aparılacaq tikinti işləri ilə əlaqədar olaraq, bu gündən etibarən Bakı şəhəri, Xətai rayonu, Babək prospektindən Xəqani Rüstəmov küçəsinədək olan hissədə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə XQ-yə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, hərəkətin məhdudlaşdırılması tikinti işləri bitənədək qüvvədə olacaq.

Qurumdan qeyd edilib ki, sürücülər alternativ olaraq Süleyman Vəzirov küçəsindən istifadə edə bilərlər.

Sosial həyat