Şəhid övladları üçün qış düşərgəsi

post-img

Naxçıvan Muxtar Respublikasında şəhid övladları üçün 3 günlük qış düşərgəsi təşkil olunub.

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəliyi ilə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tərəfdaşlığı, “Azərbaycan Hava Yolları” QSC və Naxçıvan Həmkarlar İttifaqları Şurasının dəstəyi, “YAŞAT” Fondunun təşkilatçılığı ilə gerçəkləşdirilən layihənin məqsədi uşaqlarda qış idman oyunlarına maraq oyatmaq, şəhid övladlarına xoş əhval bəxş, cəmiyyətin onlara arxa-dayaq olduğuna əminlik yaratmaqdır.

Layihənin ilk günündə iştirakçılar “Duzdağ” müalicə mərkəzinə ekskursiya edib və AHİK-in fəaliyyətindən bəhs edən videoçarxı izləyiblər. Sonrakı günlərdə uşaqlar “Ağbulaq” istirahət mərkəzində xizək məşğələsində, kirşə yarışında və digər əyləncəli oyunlarda iştirak ediblər.

“YAŞAT” Fondunun rəhbəri, Qarabağ qazisi Elvin Hüseynov və AHİK sədrinin müavini, Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev uşaqlarla çay süfrəsi ətrafında vətənpərvərlik mözusunda söhbət aparıblar.

Qabil YUSİFOĞLU
XQ

Sosial həyat