Bu ilin yanvar-mart aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 21 196 vahid artaraq 2,2 milyon vahiddən çox olub.
Bu barədə XQ-yə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan (DSMF) bildirilib.
Məlumata görə, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 3 min, fiziki şəxslər üzrə 16,8 min, torpaq mülkiyyətçiləri üzrə isə 1,2 min vahiddən çox artıb.

