Azərbaycan, Türkiyə və Gürcüstandan olan din xadimləri Naxçıvana səfər edib

post-img

Mayın 4-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Türkiyə və Gürcüstandan gələn, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimləri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında ucaldılmış abidəsini ziyarət ediblər. Abidə önünə gül dəstələri düzülüb, Ulu Öndərin xatirəsi ehtiramla yad edilib.

Sonra Heydər Əliyev Muzeyi ziyarət olunub. Qonaqlar Ümummilli Liderin həyat və fəaliyyətini, eləcə də onun dövlət-din siyasətindəki misilsiz xidmətlərini əks etdirən fotoşəkillər və eksponatlarla tanış olublar.

Səbuhi HƏSƏNOV
XQ

 















Sosial həyat