Şamaxı filialında Ulu Öndərə həsr olunan sərgi - “Zirvələrin əzəməti”

post-img

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Zirvələrin əzəməti” adlı rəsm sərgisi təşkil olunub.

Sərgidə Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Fotoqraflar Birliyinin üzvü Nigar Bağırovanın Ulu Öndərin xatirəsinə ithaf etdiyi əsərlər nümayiş etdirilib. Təqdim olunan rəsmlər Ümummilli Liderin zəngin dövlətçilik irsini, vətənə və xalqa xidmət yolunu, eləcə də Azərbaycanın inkişafında oynadığı mühüm rolu bədii şəkildə əks etdirir.

Tədbirin açılışında ADPU-nun Şamaxı filialının direktoru dosent Tünzalə Yusifova çıxış edərək Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki müstəsna rolundan, onun siyasi irsinin bu gün də uğurla davam etdirilməsindən bəhs edib. O, bu kimi mədəni tədbirlərin gənclərin milli-mənəvi dəyərlərə bağlılığının gücləndirilməsində və estetik zövqünün formalaşmasında mühüm rol oynadığını xüsusi vurğulayıb.

Qonaqlar sırasında Bakı Slavyan Universitetinin professoru, Əməkdar jurnalist Etibar Babayev, Azərbaycan Ağsaqqallar Şurasının və Fotoqraflar Birliyinin üzvü Rafiq Bağırov, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun böyük elmi işçisi, Osiyo Texnologiyalar Universitetinin beynəlxalq əlaqələr üzrə rektor müşaviri, f.f.d. Aytən Qurbanova yer alıblar. Onlar çıxışlarında Ümummilli Liderin çoxşaxəli fəaliyyəti və Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən danışaraq bu cür tədbirlərin xüsusilə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətini vurğulayıblar.

Sərgi iştirakçıları nümayiş olunan əsərlərlə yaxından tanış olub, müəllifin yaradıcılığını yüksək qiymətləndiriblər.













Sosial həyat