NİİM piyadalara növbəti dəfə müraciət edib

post-img

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) piyadalara növbəti dəfə müraciət ünvanlayıb.

Bu barədə XQ-yə NİİM-dən məlumat verilib.

Müraciətdə bildirilib ki, nizamlanan piyada keçidlərində nizamlayıcını diqqətə almadıqda qəza baş verəcək. Piyada vurulması ilə nəticələnən qəzaların bir hissəsi də piyadaların nizmalanan piyada keçidlərindən düzgün istifadə etməməsi səbəbindən baş verir.

“Piyadalar bilməlidirlər ki, işıqforun piyada bölməsində onlar üçün qırmızı işıq yandıqda yolu keçməməlidirlər və bu həyat üçün olduqca təhlükəlidir. Onlar üçün piyada bölməsində yaşıl işıq yandıqda və sürücülərin onlara yol verdiyinə tam əmin olduqdan sonra yolu keçməlidirlər. Əks halda, qəzaların baş verməsi qaçılmaz olacaq”,- deyə müraciətdə qeyd edilib.

Sosial həyat