Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Cenevrə Beynəlxalq Humanitar Minatəmizləmə Mərkəzinin (GICHD) Əməliyyatlar rəhbəri Rori Loqan, Proqram menecerləri Pedro Basto və Stanislav Damyanoviçdən ibarət nümayəndə heyəti ilə görüş keçirib.
XQ xəbər verir ki, görüşdə mina təhlükəsi ilə mübarizə sahəsində nüfuzlu beynəlxalq təşkilatlardan olan GICHD ilə ANAMA arasında ötən il imzalanmış “Azərbaycan Respublikasında Mina Təhlükəsinə Qarşı Mübarizə üzrə Dəstəyin Təmin Edilməsinə dair” Anlaşma Memorandumunun icrası, eləcə də təlimlər, əməliyyatlar, standartlar, innovasiyalar və digər sahələrdə gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.
Ölkəmizə səfər çərçivəsində nümayəndə heyətinin ANAMA-nın Göygöl Təlim Mərkəzinin fəaliyyəti və minatəmizləmə əməliyyatları ilə yerində tanışlığı nəzərdə tutulub.


