Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə 1026 layihə təqdim edilib

post-img

Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinə layihə təkliflərinin qəbulu başa çatıb.

Elm və Təhsil Nazirliyindən XQ-yə verilən məlumata görə, müsabiqəyə ümumilikdə 1026 layihə təqdim edilib. Daxil olan layihələrin 30-u (3%) ümumi təhsil müəssisələrinin, 996-sı (97%) təhsilverənlərin fərdi layihələridir.

Cari müsabiqə iştirakçılarının 367-si (36%) ilk dəfədir ki bu prosesə qoşulub. Onlardan 10-u “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə, 357-si “Fərdi layihələr” kateqoriyası üzrə müsabiqəyə müraciət edib. Ən çox layihə təklifi isə Bakı, Gəncə və Ağstafadan daxil olub.

Qeyd edək ki, X qrant müsabiqəsinin gedişatına dair bütün məlumatlar Elm və Təhsil Nazirliyinin rəsmi internet səhifələrində mütəmadi təqdim olunacaq.

Təhsil