Türkiyə PKK-nın Suriyadakı 23 obyektini məhv edib

post-img

Türkiyə təhlükəsizlik mənbələrindən alınan məlumata görə, İraqda ölkənin təhlükəsizlik qüvvələrinə hücumdan sonra MİT Suriyada PKK-YPG terror təşkilatının nəzarətində olan hərbi, kəşfiyyat, enerji infrastruktur obyektlərinə, eləcə də bu təşkilatda “məsul vəzifələr” tutan şəxslərə qarşı hücumlar həyata keçirib. Məlumatı “Anadolu” yayıb. 

MİT-in Suriyadakı əməliyyatı nəticəsində 5 kritik infrastruktur obyekti, 3 nəzarət nöqtəsi, 8 hərbi mövqe, 2 silah-sursat anbarı, 2 logistika anbarı, 2 texniki avadanlıq anbarı və PKK/YPG terror təşkilatının tunellərin inşasında istifadə etdiyi bir avtomobil də daxil olmaqla ümumilikdə 23 hədəf məhv edilib.

Əməliyyatların nəzərdə tutulan məqsədlərə çatana qədər davam edəcəyi bildirilir.

P.ƏMİRCANOV
XQ

Dünya