Macarıstan Aİ Şurasının qətnaməsinə veto qoyub

post-img

Budapeşt Avropa İttifaqı Şurasının yalnız Prezident Vladimir Zelenskinin Ukrayna üçün təklif etdiyi “sülh planı”na dəstəyi tanımaqla bağlı qətnaməsinə veto qoyub. Bu barədə mayın 17-də Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto bildirib. Məlumatı “İzvestiya.ru” verib.

“Bu gün Aİ Şurası müstəsna olaraq Ukrayna Prezidenti Vladimir Zelenskinin sülh planını məqbul və layiqli sülh formulu kimi tanıyan qətnamə qəbul etmək istəyirdi. Bu, bizim üçün qəbuledilməzdir. Digərləri isə Kiyevin planından pis olmayan sülh planları hazırlayıblar”, – Sijarto özünün Facebook səhifəsində yazıb. 

Xarici işlər naziri qeyd edib ki, Macarıstan digər ölkələrin Ukrayna ilə bağlı təklif etdiyi sülh planlarının Avropa Şurasının qətnaməsində də əksini tapması ilə bağlı müraciət alıb.

Xarici işlər naziri qeyd edib ki, Macarıstan digər ölkələrin Ukrayna ilə bağlı təklif etdiyi sülh planlarının da qətnamədə əksini tapması ilə bağlı müraciət alıb: “Əksəriyyət bunu rədd etdi. Ona görə də qətnamə olmasın deyə veto qoydum”.  

 

P.ƏMİRCANOV

XQ

 

Dünya