Lavrov Körfəz ölkələri ilə münasibətləri prioritet adlandırıb

post-img

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiyanın Körfəz ölkələri ilə əlaqələrinin vacibliyini bəyan edib. Məlumatı “İnterfaks.ru” verib. 
Lavrov Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budavi ilə görüşü açarkən deyib: “Körfəz ölkələri ilə münasibətlər Rusiya üçün ilk növbədə iqtisadiyyat, texnologiya, ticarət sahəsində, həm də beynəlxalq məsələlərdə prioritetdir”. 

O vurğulayıb ki, Rusiya-Körfəz Əməkdaşlıq Şurası formatının faydalarını yüksək qiymətləndirir və assosiasiya ölkələri ilə əməkdaşlıq üçün əməli addımlar atmağa ümid edir.

Öz növbəsində Əl-Budavi görüşün konkret nəticələrinin olacağına ümid etdiyini bildirib: “KƏŞ ölkələri Rusiya ilə münasibətlərə xüsusi önəm verir, biz bir çox məsələlərdə, ilk növbədə, Rusiya ilə birlik arasında münasibətlərin necə möhkəmləndirilməsi ilə bağlı sizin mövqeyinizi eşitmək istəyirik”.

Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası altı ölkəni – Bəhreyn, Qətər, Küveyt, BƏƏ, Oman və Səudiyyə Ərəbistanı birləşdirən regional beynəlxalq təşkilatdır.

 

P.ƏMİRCANOV

XQ

 

Dünya