Robert de Niroya Kann festivalının fəxri mükafatı təqdim ediləcək

post-img

Mayın 13-də keçiriləcək 78-ci Kann Film Festivalının açılış mərasimində aktyor və kinoprodüser Robert de Niro kinematoqrafiyanın inkişafına verdiyi töhfəyə görə “Fəxri palma budağı” mükafatı ilə təltif olunacaq.

AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, de Niro uzun müddətdir bu festivalla əməkdaşlıq edir: 2011-ci ildə o, münsiflər heyətinin sədri olub. 1976-cı ildə aktyor rəsmi proqramda iki ekran əsərində - Martin Skorsezenin "Qızıl palma budağı" qazanan “Taksi sürücüsü” və Bernardo Bertoluççinin “1900” filmlərində rol alıb. Aktyor 2016-cı ildə Edqar Ramirez və Ana de Armas ilə birlikdə “Daşın əlləri” filmində çəkilib.

“Özümü Kann Film Festivalına çox yaxın hiss edirəm... Xüsusilə indi, dünyada bizi bir-birimizdən ayıran o qədər çox şeyin olduğu dövrdə Kann bizi - hekayəçilər, kinorejissorlar, pərəstişkarlar və dostları bir araya gətirir. “Bu, evə qayıtmaq kimidir”, -deyə de Niro bildirib.

2025-ci il mayın 13-dən 24-dək Fransanın Kann şəhərində 78-ci Kann Beynəlxalq Film Festivalı keçiriləcək. Münsiflər heyətinin sədri Julyett Binoş olacaq.

Dünya