Donald Tramp administrasiyası ABŞ-ın Afrika qitəsində diplomatik və humanitar fəaliyyətini kəskin şəkildə azaltmağı planlaşdırır. Bu addımlar region ölkələrində səhiyyə, təhsil və iqtisadi inkişaf sahələrində ciddi narahatlıq yaradır.
Məlumatı “Anadolu” verib.
Prezident fərmanının sızdırılmış layihəsinə görə, Amerika hakimiyyəti ABŞ Dövlət Departamentinin Afrikadakı strukturunu əhəmiyyətli dərəcədə ixtisar etmək və xarici yardımın paylanmasına cavabdeh olan ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) proqramlarını demək olar ki, tamamilə dayandırmaq niyyətindədir.
Bu tədbirlər onilliklər ərzində ABŞ-ın Afrikadakı xarici siyasətinin ən böyük transformasiyalarından birini təmsil edə bilər.
P.ƏMİRCANOV
XQ