Gürcüstanın sabiq Baş naziri, hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri İrakli Qaribaşvili partiya sədri vəzifəsindən istefa verib.
AZƏRTAC xəbər verir ki, bu barədə İrakli Qaribaşvili partiyanın ofisində keçirdiyi brifinqdə bildirib.
İ.Qaribaşvili həmçinin, siyasətdən də getdiyini açıqlayıb.
Qeyd edək ki, İrakli Qaribaşvili iki dəfə Gürcüstanın baş naziri olub. O, birinci dəfə 2013-cü ilin noyabrından 2015-ci ilin dekabrınadək, ikinci dəfə isə 2021-ci il fevralın 22-dən dan 2024-cü il yanvarın 29-dək Gürcüstanın baş naziri olub. 2024-cü il fevralın 1-də “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının sədri təyin edilən Qaribaşvili, həmçinin Gürcüstanın müdafiə və daxili işlər naziri vəzifələrində də çalışıb.
İ.Qaribaşvili partiya sədrliyində və ümumiyyətlə siyasətdən getməsinin səbəblərini açıqlamayıb. Lakin yerli mətbuatın yazdığına görə, istefaya səbəb Qaribaşvili ilə hakim partiyanın digər rəhbər vəzifəli üzvləri arasında yaranmış ciddi fikir ayrılıqları olub.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi