Kobaxidze “Gürcü arzusu”nun sədri seçilib

post-img

Gürcüstanın hakim “Gürcü arzusu” partiyası baş nazir İrakli Kobaxidzeni ikinci vəzifəyə təsdiqləyib - o, həm də partiyanın sədri olacaq. Bu barədə “Newsgeorgia” məlumat yayıb.

Partiyanın qurultayı “Paraqraf” otelində baş tutub. Kobaxidze partiya sədri seçilməsindən çox sevindiyini və fəxr etdiyini bildirib.

“Gürcü arzusu”na sədrlik böyük məsuliyyətdir və eyni zamanda, əlbəttə ki, böyük şərəfdir: “Dəstəyinizə görə hər birinizə təşəkkür etmək istərdim”, - deyə Gürcüstanın baş naziri qurultay iştirakçılarına müraciət edib.

“Gürcü arzusu” partiyasının sədri vəzifəsi iki dəfə baş nazir olmuş İrakli Qaribaşvili partiyadan və siyasətdən getmək qərarına gəldikdən sonra boş qalıb. Qaribaşvili aprelin 25-də müvafiq bəyanatla çıxış edib.

P.ƏMİRCANOV
XQ

Dünya