Şəhid Ramin Abdulrəhimovun xatirəsinə ithaf olunan “Vətən oğlu” filminin çəkilişlərinə başlanılıb. Bu barədə XQ-yə filmin direktoru Günel Əliqızı məlumat verib. Bildirib ki, filmin çəkilişləri Quba rayonunda gerçəkləşdirilib. Ekran işində şəhidin uşaqlıq, gənclik və döyüş yolundan söhbət açılır:
-Bu, artıq 2020-ci ildən bu günə kimi ərsəyə gətirdiyim 40-cı sənədli filmdir. Montaj işlərinin bitməsini gözləyirik. Təqdimat mərasimi Quba şəhərində baş tutacaq. 45 dəqiqəlik filmin prodüsseri ve ideya müəllifi Şakir Abbas, rejissoru isə Ramin Bağırovdur. Sənədli film 2019-cu ildə erməni postunu partladaraq Şəhidlik məqamına yüksəlmiş Ramin Abdulrəhimova ithaf olunub. Filmin hazırlanmasında məqsəd gənclərə vətənpərvərlik hisslərini aşılamaq və qəhrəmanlarımızı tanıtmaqdır.
Qeyd edək ki, Azərbaycan Ordusunun şəhid əsgəri Ramin Şövkət oğlu Abdulrəhmanov sentyabrın 22-də cəbhə zonasında yerləşən hərbi hissədə yolunu azaraq, mövqelər arasındakı əraziyə keçmişdir. Erməni gülləsinə tuş gələrək, şəhid olmuşdur. Sentyabrın 24-də isə Quba şəhər qəbiristanlığında dəfn olunub.
Fidan
XQ