Pakistan Hindistana qarşı hərbi əməliyyata başlayıb

post-img

Pakistan genişmiqyaslı “Banyan-ul-Marsus” (Güclü Divar) hərbi əməliyyatına başladığını elan edib. İslamabad addımını Hindistanın davam edən təxribatlarına cavab adlandırılıb. Bu barədə Əl-Cəzirə, SAMAA, Pakistanın Geo TV telekanalı və digər KİV-lər məlumat yayıb.

Ölkə rəsmiləri bildiriblər ki, Pakistan ordusu Hindistan hərbi birləşməsinin komanda mərkəzlərindən birini məhv edib. "Uridəki təchizat anbarı da uğurla vurulub və yer üzündən silinib", - hökumətin mətbuat xidməti X sosial şəbəkəsində yazıb.

Ölkənin xarici işlər naziri Məhəmməd İshaq Dar Geo TV-yə deyib ki, Pakistan Hindistanın təcavüzünə baxmayaraq, ardıcıl olaraq eskalasiyadan yayınıb. O, bəyan edib ki, elan edilən hərbi əməliyyat Pakistanın ölkələr arasında silahlı qarşıdurmanın bütün günlərində Hindistana ilk zərbəsidir.

Geo TV mənbələrə istinadən xəbər verir ki, Pakistan ordusu Hindistanın bir neçə hərbi obyektinə zərbələr endirib. Udhampur və Pathankot hava bazalarına ziyan dəyib. Bundan əlavə, telekanal "BrahMos" səsdən sürətli gəmi əleyhinə raketlərin anbarının məhv edilməsi barədə məlumat yayıb. Kanalın mənbələri, həmçinin iddia edir ki, kiberhücum nəticəsində Pakistan “Hindistanın elektrik şəbəkəsinin 70%-ni” sıradan çıxarıb.

“The Times of India” xəbər verir ki, Pakistan Hindistanın 26 bölgəsini, şimalda Cammu və Kəşmirdən qərbdə Qucarat şəhərinə qədər hədəf alan yeni dron hücumları dalğasına başlayıb.

S.ELAY

XQ

 

Dünya