ABŞ-ın Rusiyaya qarşı sanksiyaları ilə bağlı ümidlər daha da illüziyaya çevrilib, - The Times

post-img

“The Times” yazır ki, bəzilərinin ümid etdiyi kimi Rusiyaya qarşı sarsıdıcı sanksiyalar tətbiq etmək əvəzinə, ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığını “əla” adlandırıb və deyib ki, Ukraynada müharibə başa çatdıqdan sonra Rusiyanın ABŞ-la iş görmək üçün “böyük fürsəti” var.

Trampın ABŞ-ın Ukrayna ilə bağlı danışıqlarda iştirakına icazə verməməsi Putin üçün də sərfəlidir. Nəşr xatırladıb ki, Ağ Ev rəhbəri hətta onların Vatikanda Papa tərəfindən aparıla biləcəyini təklif edib və münaqişənin “yalnız iki tərəf arasında həll oluna biləcəyini” bəyan edib.

"Tramp ilk dəfə mart ayında 30 günlük atəşkəs təklif etmişdi. O vaxtdan bəri Putin bu ideyadan yayındı, ondan qaçdı, ona mane oldu - atəşkəsi qəbul etmək üçün əlindən gələni etdi. Gecikmə rus qoşunlarına yeni hücuma cəmləşməyə imkan verdi", - məqalədə deyilir.

Məqalə iki prezidentin bu söhbətindən sonra “ABŞ-ın sanksiyalarına və Trampın artan qətiyyətinə olan zəif ümidin həmişəkindən daha az real göründüyü” qənaətinə gəlir.

S.ELAY

XQ

Dünya