Tramp sentyabrın 2-də xüsusi bəyanatla çıxış edəcək

post-img

ABŞ Prezidenti Donald Tramp bu gün Bakı vaxtı ilə saat 22-də (Moskva vaxtı ilə saat 21:00-da) Ağ Evin Oval kabinetindən xüsusi bəyanatla çıxış edəcək. Bu barədə “Roll Call” nəşrinin məlumatına istinadən “Kommersant” xəbər verib. 

Məlumata görə, məlumat dövlət başçısının rəsmi cədvəlində yer alıb. Çıxışın mövzusu açıqlanmır.

Donald Trampın iş qrafikində bildirilir: “Saat 14:00-da prezident açıqlama verəcək”. Çıxışı işıqlandırmaq üçün jurnalistlərə icazə veriləcək.

ABŞ-ın maliyyə naziri Skott Bessent sentyabrın 1-də bildirmişdi ki, ABŞ səlahiyyətliləri bu həftə Rusiyaya qarşı mümkün hərəkət variantlarını “yaxından araşdırmağı” planlaşdırır.

P.ƏMİRCANOV
XQ

Dünya