Suriyada İŞİD-çi “qubernator” ələ keçib

post-img

Suriya təhlükəsizlik qüvvələri və ABŞ-ın rəhbərlik etdiyi Beynəlxalq Terrorizmlə Mübarizə Koalisiyasının birgə əməliyyatı zamanı Suriya paytaxtında qondarma “Dəməşq qubernatoru”, “Əbu Ömər Taibə” kod ləqəbli İŞİD terror təşkilatının üzvü Taha əl-Zubi və onun bir neçə köməkçisi saxlanılıb. 

Bu barədə Suriyanın “Əl-İxbariya” televiziya kanalı Daxili İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb: “Koalisiya qüvvələri və daxili təhlükəsizlik bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində İŞİD-in sözdə “Dəməşq qubernatoru” ələ keçirilib”.

Dəməşqətrafı ərazilər üzrə Daxili Təhlükəsizlik Xidmətinin komandiri Əhməd Dalati öz növbəsində SANA xəbər agentliyinə bildirib ki, Daxili İşlər Nazirliyi, Baş Kəşfiyyat İdarəsi və koalisiya qüvvələri uzunmüddətli müşahidədən sonra Muaddamiyyə rayonunda İŞİD-in bir qrupuna qarşı birgə əməliyyat keçiriblər.

Dalati qeyd edib ki, əməliyyat zamanı “Əbu Ömər Taibə” kod adı ilə tanınan Taha əl-Zubi, eləcə də onun intihar kəməri daşıyan bəzi köməkçiləri ələ keçirilib.

P.ƏMİRCANOV
XQ

Dünya