Zelenski: Yeni ildən əvvəl çox şeyə qərar verilə bilər

post-img

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti ilə son danışıqları “indiyə qədərki ən aktiv diplomatik günlərdən biri” adlandırıb. Məlumatı “Anadolu” verib. 

Ukrayna lideri Telegram-dakı paylaşımında qeyd edib ki, “Yeni ildən əvvəl çox şeyə qərar verilə bilər və biz bunun üçün əlimizdən gələni edirik, amma qərarların verilib-verilməyəcəyi tərəfdaşlarımızdan – Ukraynaya kömək edənlərdən və Rusiyaya təzyiq göstərənlərdən asılıdır”.

Zelenskinin sözlərinə görə, təkcə bu həftə Rusiya qüvvələri Ukrayna ərazisinə 2100-dən çox hücum dronu, təxminən 800 idarəolunan bomba və 94 müxtəlif növ raket atıb: “Hər şey xalqımıza, həyata və onun normal fəaliyyətini təmin edən hər şeyə - ilk növbədə, enerji infrastrukturumuza qarşıdır”.

Bu gün, 28 dekabrda Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampla Florida ştatındakı Mar-a-Laqo iqamətgahında görüşüb.

P.ƏMİRCANOV
XQ

Dünya