Türkiyədə İŞİD terror təşkilatına qarşı əməliyyat zamanı yeddi polis əməkdaşı yaralanıb. Bu barədə “TRT Haber” telekanalı 29 dekabrda məlumat yayıb.
Məlumatda bildirilib ki, “Vilayət təhlükəsizlik idarəsinin polis əməkdaşları Elmalık kəndinə gedən yolda yerləşən evdə İŞİD terror təşkilatına qarşı əməliyyat keçiriblər”.
Xəsarət alanların xəstəxanaya aparıldığı və vəziyyətlərinin “yaxşı” olduğu bildirilir.
Dekabrın 25-də ABŞ Prezidenti Donald Tramp da ABŞ ordusunun Nigeriyanın şimal-qərbində İŞİD yaraqlılarına qarşı zərbələr endirdiyini açıqlamışdı. Siyasətçi qeyd etmişdi ki, Amerika qoşunları bir neçə dəqiq zərbə endirib.
Elə həmin gün ABŞ-ın hərbi naziri Pit Heqset də ölkəsinin İŞİD-ə qarşı əlavə tədbirlər görmək niyyətində olduğunu açıqlamışdı.
P.ƏMİRCANOV
XQ

