Alimlər Antarktidada yerləşən və “Qiyamət günü buzlağı” kimi tanınan Tveytzin vəziyyəti ilə bağlı ciddi narahatlıq ifadə edirlər. Peyk müşahidələrinin məlumatlarına görə, isti okean cərəyanları buzlağın alt qatını getdikcə daha fəal şəkildə aşındırır. Nəticədə, buzlaq çatlarla örtülür və sürətlə sabitliyini itirir.
Tveytz Böyük Britaniyanın ərazisinə bərabər nəhəng buz kütləsidir. Onun tam dağılması ilə Dünya okeanının səviyyəsi 60 santimetr yüksələ bilər. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, ən təhlükəli ssenari buzlağın çökməsinin qonşu buz örtüklərinin də əriməsinə səbəb olan zəncirvari reaksiyanı işə salması ola bilər. Bu isə okeanların səviyyəsinin 3–5 metr qalxmasına səbəb olar.
S.MƏMMƏDOV
XQ

