ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatların 31 BMT orqanı da daxil olmaqla 66 beynəlxalq təşkilatdan çıxması barədə fərman imzalayıb. Bu barədə Ağ Evin açıqlamasınd bildirilir.
Məlumatı “Anadolu” verib.
Hesabata görə, ABŞ ümumilikdə 66 beynəlxalq təşkilatdan çıxır: “Bu gün Prezident Donald Tramp ABŞ-ın artıq Amerika maraqlarına xidmət etməyən 66 beynəlxalq təşkilatdan çıxmasını nəzərdə tutan sərəncam imzalayıb”.
Qeyd olunur ki, bu qərar müvafiq beynəlxalq təşkilatların “ABŞ-ın milli maraqlarına zidd hərəkət etməsi” səbəbindən verilib.
Həmçinin bildirilir ki, ABŞ 31-i BMT-nin himayəsi altında fəaliyyət göstərən 66 təşkilatın hamısının həm iştirakını, həm də maliyyələşdirilməsini dayandıracaq.
Ağ Ev hansı təşkilatların müzakirə olunduğunu dəqiqləşdirməyib.
20 yanvar 2025-ci ildə başlayan ikinci prezidentlik müddətinin ilk günlərində Tramp Paris İqlim Sazişindən və BMT-nin İnsan Hüquqları Şurasından çıxdığını elan edib. Eyni zamanda, BMT-nin Yaxın Şərqdəki Fələstin Qaçqınlarına Yardım və İş Agentliyinin (UNRWA) maliyyələşdirilməsi dondurulub.
P.ƏMİRCANOV
XQ

