Türkiyə və BƏƏ əməkdaşlığı genişləndirir

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə görüşüb. Xəbəri “Anadolu” verib. 

Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən alınan məlumata görə, görüş Əbu-Dabidə baş tutub.

Türkiyənin Əbu-Dabidəki səfiri Lütfullah Göktaşın X şirkəti sosial şəbəkəsindəki səhifəsində verdiyi məlumata görə, Hakan Fidan həmkarı, BƏƏ-nin xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyanla da görüşüb.

Söhbət zamanı Türkiyə ilə BƏƏ arasında ikitərəfli münasibətlərin vəziyyəti və perspektivləri, eləcə də əməkdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə birgə fəaliyyət imkanlarının genişləndirilməsi məsələləri müzakirə olunub.

P.ƏMİRCANOV
XQ

Dünya